Heydər Əliyev Kuboku, daha 2 oyun keçirildi – Video icmallar 2017-05-28
Heydər Əliyev Kuboku uğrunda yarışda daha iki oyun keçirildi. 28 may – Respublika gününə təsadüf edən II turun ilk oyunundan öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, üçrəngli bayrağımız ucaldıldı. Günün ilk oyununda “Mil-Muğan” və MOİK komandaları üz-üzə gəldilər. Görüş 1-1 hesabı ilə yekunlaşdı və hər iki komanda aktivinə 4-cü xalı yazdıraraq, müvafiq olaraq turnir cədvəlində 1 və 2-ci yerləri bölüşdürürlər. Günün ikinci oyununda “Araz Naxçıvan” “Zaqatala”nı məğlub etdi 2-1. 3 xal qazanan “Araz Naxçıvan” 3-cü yerdədir. Turnirin xal qazanmayan yeganə komandası “Zaqatala”dır.
Qeyd edək ki, turnirin 3-cü – həlledici turu 30 mayda reallaşacaq.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.