Bu gün Naxçıvan Muxtar Respublika Stadionunda Azərbaycan Kubokunun final oyunu keçirildi. Həlledici görüşdə “Qarabağ” və “Qəbələ” klubları üz-üzə gəldilər. Dolu tribunalar qarşısında reallaşan görüşü “Qarabağ” qalib bitirdi – 2:0. Oyundan sonra mükafatlandırma mərasimi keçirildi. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov təqdim etdilər. Mükafatlandırma mərasimindən fotoları təqdim edirik.
|