Bu gün Naxçıvan Muxtar Respublika stadionunda keçirilən Azərbaycan Kubokunun final görüşündən öncə təntənəli açılış mərasimi təşkil olundu. Nəsib Nurun aparıcılıq etdiyi açılış mərasimində əməkdar artist Röyanın iştirakı ilə konsert proqramı təşkil olundu. Daha sonra Peşəkar Futbol Liqasının hazırladığı ssenariyə əsasən möhtəşəm açılış mərasimi gerçəkləşdi. Azarkeşlər və idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən tədbirdən fotoları təqdim edirik.
|