06.05.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Kürmük Qax" 0-4 "Şəmkir" - Videoicmal

Slide 1

"Qusar" 1-2 "Baku Sportinq" - Videoicmal

Slide 1

"Cəbrayıl" 1-0 "Lerik" - Videoicmal

Slide 1

"Səbail" - "Qəbələ" canlı yayım

Slide 1

“Kür-Araz” – “Sheki City” canlı yayım

Slide 1

“Kürmük Qax” – “Şəmkir” canlı yayım

Slide 1

“Qusar” – “Baku Sportinq” canlı yayım

   Naxçıvan Kubokunun təqdimat mərasimi keçirildi – Fotolar      2017-05-05

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublika Stadionunda Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Saat 16:00-da başlanacaq görüşdə “Qarabağ” və “Qəbələ” klubları üz-üzə gələcəklər. 
May ayında Naxçıvanda daha bir mötəbər turnir keçiriləcək. Mayın 25-də start veriləcək Naxçıvan Kuboku yarışı  ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq. Artıq yarışın kuboku hazırlanıb. Türkiyədə hazırlanan çempionluq kuboku xüsusidir və sırf olaraq sözügedən yarış üçün hazırlanıb. Bu gün  bununla bağlı Naxçıvan Muxtar Respublikasında tədbir keçirildi. Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər İdman naziri Azad Cabbarov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak etdilər.
İlk növbədə Azad  Cabbarov çıxış edib, fikirlərini bildirdi: “Sizi burada görməkdən məmnunuq. Hər il may ayının əvvəlindən etibarən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr  olunmuş turnirlər keçirilir. Bu gün isə Naxçıvanda Azərbaycan Kubokun finalı keçiriləcək.  Bu həqiqətən də bizim üçün bayrama çevrilib. Azərbaycan Kubokunun finalının Naxçıvanda keçirilməsinə qərar verən Peşəkar Futbol Liqasına təşəkkür edirik.
Biz Naxçıvan Kubokunu da yüksək səviyyədə keçirəcəyimizə ümid edirik. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda idman sahəsində böyük dəyişikliklər olub və kütləviliyə nail olmuşuq. Bu, Naxçıvana da sirayət edib. Hazırda Naxçıvanda 2 Olimpiya  Kompleksi, şahmat məktəbləri var. Naxçıvanda  40 minə yaxın azərbaycanlı idmanın sirrlərini öyrənir. Bu gün Naxçıvanda 8 komandanın iştirakı var, daxili yarış keçiririk və işlərin peşəkar səviyyədə qurulmasını təmin edirik. Sonda bir daha qeyd edim ki, Peşəkar Futbol Liqasının dəstəyi ilə Naxçıvan Kubokunu yüksək səviyyədə keçirəcəyik. Bu tədbiri işıqlandıracağınıza, Azərbaycan ictimaiyyətinə çatdıracağınıza görə sizə indidən təşəkkür edirəm”

Daha sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini diqqətə çatdırdı: “Naxçıvanda təkcə futbol yox, eyni zamanda idmanın digər növlərinə də xüsusi diqqət ayrılır. Burada idmanın bütün növləri üzrə yarışlar keçirilir. Bu onu göstərir ki, Naxçıvan həqiqətən idman şəhəridir, idman bölgəsidir. Biz Azərbaycan Kubokunun final görüşünün Naxçıvan Muxtar Respublika Stadionunda keçirilməsinə qərar verdikdə, sual olundu ki,  niyə Naxçıvanda keçirirsiz? Mən də sual edirəm, niyə Naxçıvanda keçirməyək?  Naxçıvan Azərbaycanın dilbər guşəsidi, burada futbolun keçirilməsi üçün hər cür şərait var.  Bizim borcumuz belə bir gözəl məkanda gözəl oyun keçirməkdir. Finalın iştirakçısı olan komandalara uğurlar arzu edirəm. Güclü qalib gəlsin. Bizim əsas  vəzifəmiz bu oyunun keçirilməsi üçün  hər bir işi yoluna qoymaqdır.
May ayında Naxçıvanda daha bir mötəbər turnir keçiriləcək. Naxçıvan Kubokunda iştirak üçün bizə müraciət edən komandalar var, amma hələ ki adları tam açıqlaya bilməyəcəyəm. Bununla bağlı yaxın günlərdə yekun qərar veriləcək. Biz Naxçıvan Kubokunu da yüksək səviyyədə keçirmək üçün əlimizdən gələni edəcəyik". 

   Turnir cədvəli
1 Qarabağ 33 76
2 Zirə 33 52
3 Sabah 33 52
4 Sumqayıt 33 51
5 Neftçi 33 50
6 Səbail 32 42
7 Turan Tovuz 33 42
8 Kəpəz 33 35
9 Araz-Naxçıvan 33 35
10 Qəbələ 32 17
Ətraflı
1 Qaradağ Lökbatan 24 52
2 Şamaxı 24 48
3 İmişli 24 46
4 MOİK 24 42
5 Karvan 24 38
6 Zaqatala 24 26
7 İrəvan 24 26
8 Mingəçevir 24 25
9 Difai Ağsu 24 20
10 Araz Saatlı 24 10
Ətraflı
Xəbər arxivi
« May 2024 »
1 2 3 4 5 6 7
2930 01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 310102
03040506070809
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: