Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqasının, eləcə də “Qarabağ” və “Qəbələ” klublarının nümayəndəsi iştirak ediblər. “Qarabağ” Şahid Həsənov, “Qəbələ” isə Səbuhi Səfiyarlı ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 5 may tarixində Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.