İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. XXV Topaz Premyer Liqasının XXV turunun “Qarabağ” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qarabağ” və “Qəbələ” klublarının azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün hər iki klub 800 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XXV turunun “Kəpəz” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində “Neftçi” klubunun 56 №-li futbolçusu Sənan Əbilov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXV turunun “Qarabağ” – “Qəbələ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXV turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXV turunun “Zirə” – “İnter” matçının 69-cu dəqiqəsində “Zirə” klubunun 17 №-li futbolçusu Vüsal İsgəndərli hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 42.3).
I Divizionun XXIII turunun MOİK – “Mil-Muğan” matçının 83-cü dəqiqəsində MOİK klubunun 2 №-li futbolçusu Hüseyn İsgəndərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XXIII turunun “Qaradağ Lökbatan” – “Bakılı” matçında “Bakılı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
|