Futbol üzrə Azərbaycan I Divizionunda mart ayının ən gözəl qolunun müəllifi müəyyənləşdi. İdman jurnalistləri, azarkeşlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında keçirilən sorğunun nəticəsinə əsasən “Səbail”in oyunçusu Orxan Qurbanlının qolu ən yaxşı seçildi. Məlumat üçün deyək ki, azarkeşlərin seçimində “Səbail”in üzvü Orxan Qurbanlının, jurnalistlərin seçimində isə Raul Yaqubzadənin qolu ən yaxşı adına layiq görülmüşdü. Jurnalistlərlə azarkeşlərin seçimi üst-üstə düşmədiyindən qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etdi. Əməkdaşlar arasında keçirilən sorğunun nəticəsində Orxan Qurbanlı daha çox səs topladı. Beləliklə, Orxan Qurbanlı I Divizionda mart ayının ən yaxşı qolunun müəllifi kimi təsdiqləndi. Qeyd edək ki, nəzərdə tutulan xüsusi mükafat Orxan Qurbanlıya I Divizionun XXIV turunun “Zaqatala” – “Səbail” oyunundan öncə təqdim olunacaq.
|