İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
I Divizionun XXII turunun “Şəmkir” – “Qaradağ Lökbatan” matçının 83-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 20 №-li futbolçusu Elmin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XXII turunun “Şahdağ” – “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIV turunun “Qəbələ” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Oyunun 13-cü dəqiqəsində “Zirə” klubunun 45 №-li futbolçusu Rəvan Kərimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIV turunun “İnter” – AZAL matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
|