Topaz Premyer Liqasının XXIV turu “Qarabağ”da yubileylə əlamətdar olub. Ağdam klubunun futbolçusu Əfran İsmayılov əyalət klubunun heyətində 200-cü matçını keçirib. Bu hadisə “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib. Start heyətində meydana çıxan Əfran 2:1 hesablı qələbəyə sevindiyi matçda 90 dəqiqə forma geyinib. Yarımmüdafiəçi “Qarabağ”ın tarixinə rəsmi turnirlərdə 200 və daha çox oyun keçirən 16-cı futbolçu kimi düşüb. 28 qol vuran Əfrana qədər 15 oyunçu bunu bacarmışdı.
İsmayılov Ağdam təmsilçisində 2006/07 mövsümündə debüt edib. O, indiki komandasının heyətində Azərbaycan çempionatında 146 (20 qol), Avropa Liqasında 28 (6), Azərbaycan kubokunda 21 (2), Çempionlar Liqasında 5 matç keçirib.
mövsüm
|
turnir
|
oyun
|
qol
|
2006/07
|
Azərbaycan çempionatı
|
7
|
0
|
2007/08
|
Azərbaycan çempionatı
|
6
|
0
|
2007/08
|
Azərbaycan kuboku
|
3
|
0
|
2008/09
|
Azərbaycan çempionatı
|
1
|
0
|
2009/10
|
Avropa Liqasi
|
4
|
0
|
2009/10
|
Azərbaycan çempionatı
|
27
|
5
|
2010/11
|
Avropa Liqasi
|
6
|
5
|
2010/11
|
Azərbaycan çempionatı
|
12
|
1
|
2011/12
|
Avropa Liqasi
|
5
|
0
|
2011/12
|
Azərbaycan çempionatı
|
25
|
6
|
2011/12
|
Azərbaycan kuboku
|
4
|
1
|
2012/13
|
Azərbaycan çempionatı
|
22
|
1
|
2012/13
|
Azərbaycan kuboku
|
5
|
1
|
2015/16
|
Avropa Liqasi
|
8
|
1
|
2015/16
|
Azərbaycan çempionatı
|
29
|
6
|
2015/16
|
Azərbaycan kuboku
|
5
|
0
|
2015/16
|
Çempionlar Liqasi
|
1
|
0
|
2016/17
|
Avropa Liqasi
|
5
|
0
|
2016/17
|
Azərbaycan çempionatı
|
17
|
1
|
2016/17
|
Azərbaycan kuboku
|
4
|
0
|
2016/17
|
Çempionlar Liqasi
|
4
|
0
|
CƏMİ
|
|
200
|
28
|
|