Azərbaycan Kuboku uğrunda yarışın yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar müəyyənləşdi. 30 mart (cümə axşamı) “İnter” – “Qəbələ” Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev AFFA nümayəndəsi: Arif Fərəcov Hakim-inspektor: Əli Hüseynov “İnter Arena”, 17:00 “Neftçi” – “Qarabağ” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Murad Məmmədov “Bakcell Arena”, 19:30 Qeyd: Mərhələnin hər iki oyunu “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.
|