28.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Sumqayıt" - "Qarabağ" canlı yayım

Slide 1

"Qəbələ" 0-1 "Kəpəz" - Videoicmal

Slide 1

"Neftçi" - "Turan Tovuz" canlı yayım

Slide 1

"Sumqayıt" - "Qarabağ" oyununun VAR təyinatları

Slide 1

"Qəbələ" - "Kəpəz" canlı yayım

Slide 1

Əvəzedicilər liqası: XXXII turun təyinatları

Slide 1

İki oyunun VAR təyinatları

   İntizam Komitəsinin iclası keçirildi      2017-03-16

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.

UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara,  AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilsin:

    Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:

Şahdağ (Qusar)

  1. İqrar Səmədov
  2. Uce Cukenyere

 

Rəvan (Bakı)

  1. Elvin Əliyev
  2. Cəmşid Məhərrəmov

 

Göyəzən (Qazax)

  1. Arzuman Vəliyev
  2. Tunar Şahtaxtinski

 

Energetik (Mingəçevir)

  1. Elvin Əlizadə
  2. Kamran  Lalayev
  3. Ruslan Həmidov

 

  1. Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I Diviziondan kənarlaşdırılsın.
  2.  Hər iki klub I Divizionda oyunların  50 %-dən çoxunda iştirak etdiklərinə görə hər iki kluba növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət verilsin.
  3. I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.
  4. Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın.
  5. Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilsin.
  6. “Şahdağ” FK-nın inzibatçısı Rafael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin.

Topaz Premyer Liqasının XXII turunun “Neftçi” – “Qəbələ” matçının 83-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).

Əvəzedici heyətlərin XXII turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin XXII turunun “İnter” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

I Divizionun XIX turunun “Səbail” – “Turan Tovuz” matçının 90+2-ci dəqiqəsində “Səbail” klubunun 3 №-li futbolçusu Saşa Yunisoğlu sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XIX turunun “Energetik” – “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində “Energetik” klubunun baş məşqçisi Sahib Qocayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 400 manat cərimə olunur (maddə 42.4).

I Divizionun XIX turunun “Qaradağ Lökbatan” – “Şahdağ” matçının 73-cü dəqiqəsində “Şahdağ” klubunun 19 №-li futbolçusu Elçin Sədullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XIX turunun MOİK – “Rəvan” matçının 65 -ci dəqiqəsində “Rəvan” klubunun 21 №-li futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XIX turunun “Bakılı” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). 

   Turnir cədvəli
1 Qarabağ 31 73
2 Neftçi 32 50
3 Zirə 31 49
4 Sabah 32 49
5 Sumqayıt 31 47
6 Səbail 32 42
7 Turan Tovuz 32 42
8 Kəpəz 32 34
9 Araz-Naxçıvan 31 32
10 Qəbələ 32 17
Ətraflı
1 Qaradağ Lökbatan 23 49
2 İmişli 23 46
3 Şamaxı 23 45
4 MOİK 23 42
5 Karvan 23 35
6 Zaqatala 23 26
7 Mingəçevir 23 25
8 İrəvan 23 23
9 Difai Ağsu 23 17
10 Araz Saatlı 23 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 2728
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: