Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı xalqımıza qarşı törədilən Xocalı faciəsindən 25 il ötür. 26 fevral 1992-ci ildə baş vermiş hadisə ən dəhşətli faciələrdən biridir. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dəhşətli faciənin ildönümü ilə bağlı olaraq xalqımıza dərin hüznlə başsağlığı veririk.
|