İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. Topaz Premyer Liqasının XVIII turunun “Zirə” – “Qəbələ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 74-cü dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sumqayıt” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun “Neftçi” – “Sumqayıt” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
I Divizionun XV turunun “Şəmkir” – “Şahdağ” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 66-cı dəqiqəsində “Şəmkir” klubunun 57 №-li futbolçusu Cəmil Hacıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 38.3).
|