Topaz Premyer Liqasının XVII turunun “Sumqayıt”la oyunu (1:3) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün əlamətdar olub. Təcrübəli mütəxəssis Gəncə klubunu 100-cü dəfə çempionat oyununa çıxarıb. 2004-cü ilin yayında “Gəncə” adlanan klubun baş məşqçisi təyin olunan Diniyev 2005-ci ilin sonunadək, yəni mövsümyarım komandaya rəhbərlik edib. Azərbaycan milli komandasının “sükanı arxasına” keçməsi ilə əlaqədar klubundan ayrılan çalışdırıcı 2015-ci ilin yayında “Kəpəz”ə qayıdıb.
4 müxtəlif mövsümdə qərblilərə rəhbərlik edən 51 yaşlı mütəxəssis bu müddətdə 35 qələbə sevinci yaşayıb. 32 heç-heçə və 33 məğlubiyyətə şahid olan Diniyevin yetirmələri 119 qol vurub və 106-nı buraxıb. “Kəpəz” onun rəhbərliyi altında ümumilikdə 137 xal qazanıb.
mövsüm
|
O
|
Q
|
H
|
M
|
T/F
|
X
|
2004/05
|
34
|
11
|
9
|
14
|
37-37
|
42
|
2005/06
|
13
|
6
|
6
|
1
|
22-8
|
24
|
2015/16
|
36
|
15
|
11
|
10
|
48-40
|
56
|
2016/17
|
17
|
3
|
6
|
8
|
12-21
|
15
|
CƏMİ
|
100
|
35
|
32
|
33
|
119-106
|
137
|
|