26.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Mingəçevir" 1-0 "İrəvan" - Videoicmal

Slide 1

"Şamaxı" 2-1 "Difai Ağsu" - Videoicmal

Slide 1

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

Slide 1

“Mingəçevir” – “İrəvan” canlı yayım

Slide 1

“Şamaxı” – “Difai Ağsu” canlı yayım

Slide 1

İntizam Komitəsinin iclası keçirildi

Slide 1

"Araz Saatlı" 2-4 "Karvan" - Videoicmal

   Ömər Paşayev: “Çox çətin yolun başlanğıcındayam”      2017-01-22

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında  olan hakimlər arasında yenicə FİFA referisi adını almış  Ömər Paşayev də var. Bu toplanış Ömər üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Paşayev yanvarın 29-dan etibarən yeni FİFA referilərinin İspaniyadakı hazırlığına qatılacaq. Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının rəsmi saytına danışan referi eyni zamanda toplanışı da dəyərləndirdi:
“Toplanış yüksək səviyyədə gedir. Burada qidalanmaq,  məşqlər,  oyunlarda idarəçilik etmək üçün hər cür şərait var. Mənim fikrim daha çox fiziki hazırlığa yönəlib. Çünki yanvarın 29-da İspaniyaya yollanacağam. Fiziki hazırlığım yüksək səviyyədə olmalıdır. Bununla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla söhbətim olub. Daha çox fiziki hazırlığa  önəm vermək istədiyimi bildirmişəm. Bununla  yanaşı, yoxlama görüşlərini də idarə edirəm”.
Paşayev qatılacağı kursun özəlliyindən, eləcə də FİFA hakimi daşımaq adının məsuliyyətindən bəhs etdi: “FİFA hakimi adı altında biz Azərbaycanı təmsil edirik. Çox sayda azarkeşin izlədiyi oyunda hakimlərin Azərbaycandan olduğu söylənilir. Buna görə də FİFA hakimi adını daşımaq böyük məsuliyyətdir. FİFA hakimi adını aldığıma görə sevinə bilərəm. Amma bu o demək deyil ki, pik nöqtədəyəm. Mən çox çətin yolun başlanğıcındayam. Bunun üçün ilk növbədə kursdan uğurla keçməliyəm. Çox çətin bir hazırlığa qatılacağam. Kursun əsas özəlliyindən biri odur ki, yorğunluq fonunda daha cəld hərəkətlər etməlisən. Məhz həmin proqrama əsasən çalışmışam, pis alınmayıb. Eyni zamanda,  dil biliklərindən imtahanlar verəcəyəm”.
Ömər Paşayev FİFA təlimatçısı, birvaxtların məşhur referisi Frank de Blekere ilə daim ünsiyyətdə olduğunu vurğuladı: “Blekere FİFA hakimi adı aldığım gün məni təbrik etdi. Əlaqəmizi kəsməmişik, elektron poçt vasitəsi ilə daim danışırıq. Əgər İspaniyada görüşə bilsək,  yenə söhbətləşəcəyik”.
Ömər Paşayev hakimlikdə fiziki və texniki hazırlıqla yanaşı, psixoloji  hazırlığın da önəm  kəsb etdiyini söylədi:
“Oyunu idarə etmək üçün beynin rahat olmalıdır.  Çempionat oyunlarında bəzi narazılıqlar olur. Misal üçün oyunu idarə edirsən, hər şey yaxşıdır. Amma sonradan epizodların müzakirəsi gedir. Bir neçə epizod yığıb ortaya çıxarırlar və hakimliyi bərbad adlandırırlar. Amma bu belə deyil, futbolu epizodik müzakirə etmək olmaz. Biz FİFA və UEFA təlimatlarına uyğun hakimlik edirik, kənara çıxmırıq. Məncə, hakimliyə epizodik yox, ümumi qiymət vermək lazımdır. Bəzən belə bir hal yaşanır ki, klub rəsmiləri özlərinə bəraət  qazandırmaq üçün hər şeyi hakimin üstünə yıxırlar.  Uğursuzluğa görə cavab vermək üçün bütün günahı hakimlərin üzərinə yıxmaq olmaz. Bəli,  hakim səhvləri olur, amma boş qapıya zərbə vura bilməmək mənim günahım deyil. Bəzən mübahisəli penalti qərarı qeydə alınır və əsas müzakirə obyektinə çevrilir. Məgər, bütün oyun bir mübahisəli qərardan ibarətdir? Meydançada ən az səhv edən elə hakimdir. Düşünürəm ki, komandanın uğursuzluğunu hakimlərlə əlaqələndirmək düzgün deyil. Bəzən xarici ölkə liqalarında elə səhvlər görürük ki, bunu etmək həqiqətən də olmaz. Azərbaycanda kiçik epizodu faciəyə çevirən insanlar bəzən  xarici ölkələrdəki həmin səhvə adi baxırlar. Bəli, hakim səhvləri müzakirə olunmalıdır, amma bu qədər deyil. Kiçik məsələnin çox şişirdilməsi hakimlərin psixoloji durumuna pis təsir göstərir və səhvlər sıralanır. Ona görə də çalışmaq lazımdır ki, bir-birimizə dəstək olub Azərbaycan futbolunu inkişaf etdirək”. 

   Turnir cədvəli
1 Qarabağ 31 73
2 Zirə 31 49
3 Sumqayıt 31 47
4 Neftçi 31 47
5 Sabah 31 46
6 Səbail 31 42
7 Turan Tovuz 31 42
8 Araz-Naxçıvan 31 32
9 Kəpəz 31 31
10 Qəbələ 31 17
Ətraflı
1 Qaradağ Lökbatan 23 49
2 İmişli 23 46
3 Şamaxı 23 45
4 MOİK 23 42
5 Karvan 23 35
6 Zaqatala 23 26
7 Mingəçevir 23 25
8 İrəvan 23 23
9 Difai Ağsu 23 17
10 Araz Saatlı 23 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 2526 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: