İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərar qəbul olundu.
FIFA 19.12.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. Belə ki, “Rəvan” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Julio Sezar Mendes Moreira arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivliyindən 6 xal silinməsi tələb olunub.
Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edir:
1. Azərbaycan I Divizionunda çıxış edən "Rəvan" FK-nın cari mövsüm aktivliyindən 6 xal silinsin.
|