İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. Topaz Premyer Liqasının XIV turunun “Qəbələ” – “Kəpəz” matçının 82-ci dəqiqəsində “Kəpəz” klubunun 36 №-li futbolçusu Renan da Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “İnter” matçının 85-ci dəqiqəsində “Qarabağ” klubunu məşqçisi Ruben Selles texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur(maddə 62).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “Qarabağ” – “İnter” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 64-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan AZAL – “Qəbələ” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Kəpəz” – “İnter” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
|