İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “İnter” – “Qaradağ Lökbatan” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin AZAL – “Rəvan” matçının 90+1-ci dəqiqəsində “Rəvan” klubunun 17 №-li futbolçusu Zahid Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verdiyinə görə 7 oyun cəzalanır, klub 640 manat cərimə olunur (maddə 38.3) (maddə 43.1) (maddə 35).
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Zaqatala” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Səbail” matçında stadionda radio-informasiyanın 17 dəqiqə gec verilməsinə görə “Qarabağ” klubu xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaqdır.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun təxirə salınmış oyunu olan “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Oyunun 82-ci dəqiqəsində “Qəbələ” klubunun 26 №-li futbolçusu Ülvi İbazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
|