"Qəbələ" Qvineya yığmasının üzvü ilə müqavilə bağladı 2012-07-20 |
|
Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Klubdan verilən məlumata görə, Qvineya yığmasının üzvü Omar Kalabane ilə 2 illik müqavilə imzalanıb. 31 yaşlı müdafiəçi karyerası ərzində Tunisin “ES Sabel”, Fransanın “Oser”, Türkiyənin “Manisaspor” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Dafra” klublarında top qovub. Hazırda Sloveniyada - “Qəbələ”nin düşərgəsində olan Kalabane artıq yeni komandası ilə məşqlərə çıxıb.
|
|
|
|
|
|