Türkiyədə təlim-məşq toplanışı çərçivəsində ötən gün Güney Azərbaycanın "Traktor Sazi" klubu ilə qarşılaşan "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Qarşılaşma Ankara yaxınlığındakı Qızılcahamam qəsəbəsində baş tutub. "Yaralı Azərbaycan derbisi" adlandırılan qarşılaşmada yeganə qolu 10-cu dəqiqədə Vaqif Cavadov vurub.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.