15.05.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Karvan" - "Mingəçevir" canlı yayım

Slide 1

"Difai Ağsu" - MOİK canlı yayım

Slide 1

"Zaqatala" - "İrəvan" canlı yayım

Slide 1

II Liqada 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək

Slide 1

II Liqa: Son turun oyun cədvəli

Slide 1

“Lerik” 3-1 “Kür-Araz” – Videoicmal

Slide 1

“Sheki City” 0-2 “Qusar” – Videoicmal

   Əliyar Ağayev: “Avropanın mərkəzində son sözü demək çox böyük məsuliyyətdir”      2016-09-26

Nəhayət... Bir neçə həftədir ki, gözlədiyimiz xəbər gəldi. Əslində, uğurlu Avropa oyunlarından sonra Avropa Liqasının qrup oyununa təyinat gələcəyini gözləyirdik. Amma bu qədərini yox...
Bəli, azərbaycanlı FİFA referisi Əliyar Ağayev “Roma” (İtaliya) – “Astra” (Rumıniya) oyununu idarə edəcək. Etiraf edək ki, klub səviyyəli turnirdə “Roma” ilə müqayisə oluna biləcək rəqibləri ölkəmizə gətirsək də, bir azərbaycanlı olaraq bu tip komandanın oyununda söz sahibi olmamışıq. Bunu ilk olaraq Əliyar Ağayev və onun  briqadası edəcək. 
Azərbaycanın fəxri komandasına Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov, Orxan Məmmədov və Rəhim Həsənov daxildir. Sentyabrın 29-da keçiriləcək oyunda hər bir hakimimizə uğurlar arzu edirik...

Eyni zamanda, fəxri komandanın kapitanı ilə olan müsahibəni sizin ixtiyarınıza buraxırıq...


- Sentyabrın 29-da 70 min tamaşaçı tutumuna malik Roma Olimpiya stadionunda keçiriləcək “Roma” – “Astra” görüşündə  son sözü siz deyəcəksiniz. Sadəcə, buna görə sizi təbrik etməyə dəyər...
- Təşəkkür edirəm, çox sağ olun...

- Cari futbol ilində neçənci təyinatınızı aldınız?
- Müxtəlif beynəlxalq yarışlarda 7 oyun idarə etmişəm. Avropa Liqasının seçmə  mərhələsinin iki oyununda  ədaləti qorumuşam. Eyni zamanda 21 yaşlıların 1 görüşündə eləcə də Rusiya və Qana komandalarının yoxlama görüşündə söz sahibi olmuşam. Bundan əlavə final görüşünə təyinat aldığım 19 yaşlı futbolçuların Avropa çempionatının 3 oyunu mənə tapşırılıb.

- Bu trayektoriyadan sonra sizə Avropa Liqasının qrup mərhələsinin  oyununun veriləcəyini gözləyirdik. Amma böyük beşlikdən olan “Roma”nın iştirakı ilə keçiriləcək matça dəvət olunacağını düşünmürdük...
- Açığı, 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində “Rapid” – “Dinamo Minsk” oyunununda hakimlik etmişəm. Etiraf edim ki, qrupun sonuncu oyunu idi, həmin vaxt hər şey həll olunmuşdu, görüşün nəticə baxımından əhəmiyyəti yox idi. Əsas istəyim ondan ibarət idi ki, yenidən Avropa Liqasının qrup mərhələsinə təyinat alım. Bu dəfə 2-ci turun vacib görüşü bizi gözləyir. Hər bir oyuna maksimum motivasiya ilə çıxırıq ki, səhvlərə yol verməyək. Amma sizinlə razıyam ki, böyük beşlik ölkələrindən olan komandaların görüşünə təyinat almaq əlavə ağırlıqdır. Avropanın mərkəzində bu qədər azarkeş qarşısında son sözü demək çox böyük məsuliyyətdir. İndiyə qədər klub səviyyəsində böyük beşlikdən olan hər hansı bir komandanın oyununu idarə etməmişəm.

- Söhbətlərimiz zamanı dəfələrlə qeyd etmisiniz ki, tanınmış komandaların görüşünü idarə etmək daha asandır. Necə düşünürsünüz, bu tip oyunlarda əsasən nəyə diqqət eləmək lazımdır?
- Düşünürəm ki, bu tip görüşlərə fiziki cəhətdən tam hazır olmaq lazımdır. Əgər fiziki cəhətdən hazır olursansa, digər maneələri keçmək asan gəlir. Eyni zamanda, psixoloji cəhətdən tam rahat olmalısan. Bu və ya digər komandanın adının üzərində əlavə gərginlik yaratmamalı, oyuna adi qaydada yanaşmalısan.

- Səhər saatlarından bu yana nə kimi araşdırmalar aparmısınız?
- Bilirəm ki, “Roma” ilk oyunda Çexiya “Viktoriya”sı ilə heç-heçə edib, “Astra” isə “Austrya” (Vyana) klubuna uduzub. Hakimlər briqadasına kömək edən stadion nümayəndəsi ilə də danışmışam. Həmin şəxs mənə bildirdi ki, stadionun ot örtüyü yenidir.  Komandaların heyətlərinə baxmışıq, turnir cədvəlindəki mövqeyi ilə tanışıq. Ümumi rəy formalaşıb, amma komanda şəkilində bir daha araşdırma aparacağıq.

- Qeyd etdiyiniz kimi, Avropanın mərkəzində  oyun idarə edəcəksiniz. Uğurlu idarəçilik bizim üçün 1/8, 1/4  final mərhələsinin görüşləri üçün açar ola  bilərmi?
- Vacib turnirlərin daha üst səviyyəli oyunlarını idarə etmək kateqoriyadan asılıdır. Məqsədimiz odur ki, briqada şəkilində veriləcək hər bir təyinatın öhdəsindən layiqincə gələk. Dekabr ayına qədər veriləcək oyunlardan üzüağ çıxmaq ən ali məqsədimizdir. Düşünürəm ki,  səlahiyyət sahibi olan komitə tərəfindən “Roma” kimi komandanın oyununa xüsusi nəzarət olacaq. Dekabra qədər yaxşı qiymətlər alıb, 1-ci kateqoriyaya yüksəlmək istəyirik. Məhz bundan sonra yarışların söylədiyiniz mərhələsinə təyinat almaq real olacaq. Hazırkı vəziyyətdə real görünmür. İndiyə qədər belə bir hal olmayıb.

- Avropa Liqasının “Roma” – “Astra” görüşündən 3 gün sonra Azərbaycanın “Avropa derbisi”  var. Avropa Liqasında çıxış edən “Qəbələ” - “Qarabağ” görüşündən öncə diqqətlər Əliyar Ağayevin üzərindədir. Təyinat alacağınız təqdirdə, ardıcıl iki "Avropa Liqası oyunu” sizin üçün çətin olmaz?
- Hər iki komandamıza Avropa Liqasının qrup mərhələsində uğurlar arzu edirəm.  Təyinat məsələsinə gəldikdə, bu, sırf Hakimlər Komitəsinin səlahiyyətindədir.  Romadan qayıtdıqdan sonra komitə sədri Xaqani Məmmədovla söhbətimiz olacaq. Oyun, ümumi atmosfer, fiziki durumum barədə müzakirələr aparacağıq.  Bundan sonra “Qəbələ” – “Qarabağ” oyununu idarə etməyim məsləhət olarsa, işimi həyata keçirəcəyəm. Amma düzgün qeyd edirsiniz ki, təyinat alacağım təqdirdə, bir həftə ərzində iki Avroliqa görüşünü idarə etməli olacağam. 

   Turnir cədvəli
1 Qarabağ 34 79
2 Sumqayıt 34 54
3 Neftçi 34 53
4 Zirə 34 52
5 Sabah 34 52
6 Turan Tovuz 34 45
7 Səbail 34 42
8 Kəpəz 34 35
9 Araz-Naxçıvan 34 35
10 Qəbələ 34 23
Ətraflı
1 Qaradağ Lökbatan 25 53
2 Şamaxı 25 51
3 İmişli 25 47
4 MOİK 25 45
5 Karvan 25 38
6 Zaqatala 25 27
7 İrəvan 25 27
8 Mingəçevir 25 26
9 Difai Ağsu 25 21
10 Araz Saatlı 25 10
Ətraflı
Xəbər arxivi
« May 2024 »
1 2 3 4 5 6 7
2930 01 02 03 04 05
06 07 08 09 10 11 12
13 1415 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 310102
03040506070809
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: