Avropa
Liqasının ilkin təsnifat mərhələsinin cavab qarşılaşmasında səfərdə Estoniyanın “Nımme
Kalyu” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” oyunun hazırlıqlarını
yekunlaşdırıb. Tallin şəhərinin “Le Kok” stadionunun ehtiyat meydançasında oyunöncəsi
məşqini yüksək əhval-ruhiyyədə başa vuran komanda artıq “Nımme Kalyu” ilə cavab
qarşılaşmasını gözləyir. Qeyd edək ki, vacib oyun öncəsi “Xəzər Lənkəran”ın heyətində
itki yoxdur.
Avropa
Liqasının ilkin təsnifat mərhələsinin “Nımme Kalyu” – “Xəzər Lənkəran” cavab
qarşılaşması iyulun 10-da Tallinin “Kadriorq” stadionunda keçiriləcək. Norveçli
hakim Daq-Vidar Xavsosun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də
başlayacaq.
|