“Xəzər Lənkəran” “Kadriorq” stadionunda ilk məşqini keçirib 2012-07-09
Avropa
Liqasının ilkin təsnifat mərhələsinin cavab oyununda Estoniyanın “Nımme Kalyu”
klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” “Kadriorq” stadionunda ilk məşqini
keçirib. İsinmə təmrinlərindən sonra qısa ötürmələr üzərində çalışan Yunis
Hüseynovun yetirmələri hazırlıq prosesini ikitərəfli oyunla yekunlaşdırıb. Məşqin
sonlarına yaxın yağan güclü yağışa baxmayaraq “Xəzər Lənkəran” məşqi yaxşı əhval-ruhiyyədə
başa vurdu. Komandanın oyunöncəsi son məşqi isə Estoniya Futbol Federasiyasının
stadionunda keçiriləcək. Buna səbəb isə “Nımme Kalyu” – “Xəzər Lənkəran”
oyununun keçiriləcəyi “Kadriorq” stadionunda U-19 Avropa çempionatının oyununun
keçirilməsidir.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.