Türkiyənin
Qızılcahamam bölgəsində təlim-məşq
toplanışını davam etdirən
“Qarabağ” gündə iki dəfə olmaqla hazırlıqları davam etdirir. Komandada zədəli
futbolçuların olmaması məşqçi
heyətini sevindirir. Yalnız Muarem Muarem çalışmanı erkən tərk etməli olub. “Zob
Ahan”la yoxlama görüşündə bel nahiyəsinə zərbə alaraq meydanı tərk etməyə məcbur
olan futbolçunun həmin yerdən ağrı duyması məşqini yarımçıq saxlamasına səbəb
olub. Futbolçunun zədəsinin ciddi olub-olmaması tibbi müayinədən sonra bilinəcək.
|