Avropa Liqasının pley-off mərhələsi Azərbaycan klubları üçün uğurlu alındı. Belə ki, “Qarabağ” və “Qəbələ” bu mərhələni uğurla başa vurub, qrup mərhələsinə vəsiqə qazandı. İlk oyunda “Göteborq”a (İsveç) 0-1 hesabı ilə uduzan “Qarabağ” cavab matçında 3-0 hesablı qələbə qazanıb, adını qrup mərhələsinə yazdırdı. “Qəbələ” isə “Maribor” (Sloveniya) üzərində iki oyunun nəticəsinə görə qələbə qazanıb, (3-1, 0-1) ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq işinin öhdəsindən gəldi. Qeyd edək ki, qrup mərhələsinin püşkatma mərasimi bu gün saat 15:00-da keçiriləcək.
|