İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının III turunun “İnter” – “Kəpəz” matçında “İnter” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin III turunun “İnter” – “Kəpəz” matçının 53-cü dəqiqəsində “Kəpəz” klubunun 3 №-li futbolçusu Şəfi Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 37.1).
|