Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda səfərdə
Estoniyanın “Trans” komandasıyla qarşılaşan və rəqibini 5:0 hesabıyla məğlub edən “İnter” klubu Bakıya
qayıtdıqdan sonra bir gün istirahət
edib. Artıq cavab oyununun hazırlığına start
verən paytaxt təmsilçisi
məşq prosesini Zabrat qəsəbə stadionunda, axşam saat 20.00-da isə “Dalğa Arena”keçirib.
Qeyd edək ki, “İnter”- “Trans” qarşılaşması iyulun
12-də baş tutacaq. Saat 21:00-da başlayacaq qarşılaşmanın baş
hakimi şotlandiyalı Kevin Klansi olacaq.
|