Futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirildi. AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri və jurnalistlər iştirak etdilər. Püşkatmanın nəticələrinə görə, ilk turun cütləri aşağıdakı kimidir: 7-8 sentyabr “Rəvan” – “Turan Tovuz” “Zaqatala” – “Şahdağ” “Şəmkir” – “Şərurspor” “Bakılı” – “Ağsu” “Mil-Muğan” – “Səbail” MOİK – “Energetik” “Qaradağ Lökbatan” – “Göyəzən”
|