Topaz Premyer Liqasının III turu AZAL-ın futbolçusu Ruslan Əmircanov üçün əlamətdar olub. 31 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında yubiley oyununa çıxıb. Ölkə çempionatlarında 2001/02 mövsümündə debüt edən futbolçu 250-ci matçında iştirak edib. Bu, “Zirə” ilə matçda (1:3) gerçəkləşib. Bu görüşlərdə 5 qol vuran Əmircanov indiyədək 8 klubun formasını geyinib. O, “Ümid”də 2, “Ədliyyə”də 23, “Karvan”da 54, “Standard”da 42, “Neftçi”də 54, “İnter”də 65, “Qəbələ”də 7 və AZAL-da 3 matç keçirib.
Xatırladaq ki, ötən tur “İnter”in futbolçusu Samir Zərgərov 250-ci oyununu keçirmişdi. Ümumilikdə isə Əmircanov hesabında 250 və daha çox oyun olan 50-ci futbolçu olub.
2001/02
|
Ümid (Bakı)
|
2
|
0
|
2003/04
|
Ədliyyə (Bakı)
|
23
|
1
|
2004/05
|
Karvan (Yevlax)
|
27
|
0
|
2005/06
|
Karvan (Yevlax)
|
6
|
0
|
2006/07
|
Karvan (Yevlax)
|
21
|
0
|
2007/08
|
Standard (Bakı)
|
17
|
0
|
2008/09
|
Standard (Bakı)
|
25
|
0
|
2009/10
|
Neftçi (Bakı)
|
21
|
0
|
2010/11
|
Neftçi (Bakı)
|
12
|
0
|
2011/12
|
Neftçi (Bakı)
|
21
|
2
|
2012/13
|
İnter (Bakı)
|
24
|
0
|
2013/14
|
İnter (Bakı)
|
25
|
2
|
2014/15
|
Qəbələ
|
7
|
0
|
2015/16
|
İnter (Bakı)
|
16
|
0
|
2016/17
|
AZAL (Bakı)
|
3
|
0
|
|
Cəmi
|
250
|
5
|
|