Avropa
Liqasındakı təmsilçilərimizdən “Xəzər Lənkəran” ilkin təsnifat mərhələsinin
cavab qarşılaşması üçün artıq Estoniyanın paytaxtı Tallindədir. Bakıdan Tallinə çarter reysi ilə gələn “Xəzər Lənkəran” yerli “Nomme Kalyu” ilə oyunadək gündə bir dəfə olmaqla
hazırlıq keçəcək. Qeyd edək ki, UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin
“Nomme Kalyu” – “Xəzər Lənkəran” cavab qarşılaşması 10 iyul tarixində Tallinin “Kadriorq”
stadionunda keçiriləcək. Oyunun baş hakimi norveçli Daq-Vidar Xavsosdur. Lənkəranda keçirilən ilk qarşılaşmada 2:2 hesablı heç-heçə qeydə alınmışdı.
|