Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları reallaşdı. İyulun 21-də keçirilən görüşlərdə iki komandamız meydançaya çıxdı. İlk oyunda “Bakcell Arena”da “Şkendiya” (Makedoniya) klubu ilə 0-0 hesabına razılaşan “Neftçi” cavab görüşündə uğursuzluğa düçar oldu. Vəli Qasımovun rəhbərlik etdiyi komanda Makedoniya təmsilçisi 0-1 hesabı ilə uduzub, Avropa Liqasında mübarizəni dayandırdı. Digər təmsilçimiz “Qəbələ” isə 3-cü mərhələyə adlamağı bacardı. MTK (Macarıstan) klubuna hər iki oyunda şans verməyən (2-1, 2-0) “Qəbələ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Lill” (Fransa) ilə münasibətləri ayırd edəcək. Peşəkar Futbol Liqasının rəsmi saytı “Qəbələ” – MTK görüşündən fotoları təqdim edir.
|