“Qəbələ” və “Neftçi” Avropa Liqasının birinci təsnifat mərhələsində ilk oyunlarını keçirdilər. “Bakcell Arena”da baş tutan “Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) görüşündə qəbələlilər böyükhesablı qələbəyə sevindilər (5-1). Komandanın yeni transferi Teo Uiks het-trikə imza atdı; digər qolları isə Voislav Stankoviç və Sergey Zenyov gürcülərin qapısından keçirdi. “Neftçi” səfərdə Maltanın “Balzan” komandası ilə üzə-üzə gəldi və 2-0 hesablı qələbə qazanmağa müvəffəq oldu. Oyunda Rəhman Hacıyev və penaltidən Ruslan Qurbanov fərqləndilər.
Peşəkar Futbol Liqasının rəsmi saytı “Qəbələ” - “Samtredia” (5-1) oyunundan fotoları təqdim edir.
|