24.04.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Qəbələ" - "Zirə" canlı yayım

Slide 1

Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının təyinatları

Slide 1

“Göygöl” 2-1 “Lerik” – Videoicmal

Slide 1

“Dinamo” 1-7 “Şahdağ Qusar” – Videoicmal

Slide 1

“Qusar” 2-2 “Şəfa” – Videoicmal

Slide 1

“Füzuli” 3-1 “Şəmkir” – Videoicmal

Slide 1

“Göygöl” – “Lerik” canlı yayım

   Rövnəq Abdullayev və Ramin Musayev jurnalistlərin suallarını cavablandırdılar      2012-07-03

Bu gün Peşəkar Futbol Liqasının prezidentinin seçkiləri keçirilib. Ramin Musayev yenidən PFL-in prezidenti seçilib. Seçkilərdən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və Ramin Musayev mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

İlk olaraq çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev seçkilərin nəticəsini açıqladı: “Bu gün Peşəkar Futbol Liqasının növbəti 4 il müddətə prezidentini seçmək üçün toplaşdıq. Ramin Musayev yenidən PFL-in prezidenti seçildi. Çempionatın keçirilməsi, klublarda olan abu-hava, hakimlik və digər məsələlər müzakirə olundu. Ötən müddətdə görülən işlərə nəzər salındı. Həmçinin gələcək illərdə yarışların daha da gözəl və maraqlı keçirilməsi ilə bağlı məsələlərə toxunuldu. Futbolun əsas başlanğıcı, onurğası klublardı, klub yarışlarıdır. Ona görə də biz klub yarışlarında daha çox inkişafa nail olmalıyıq. Klubların, uşaq futbolunun inkişafı nəticədə milli komandaya öz təsirini göstərir. Keçən dörd ildə klubların səviyyəsinin qalxdığını deyə bilərəm. Bu gün, həmçinin, hakimliklə bağlı məsələlərə baxıldı. Hakimlikdə olan dəyişikliklərin çox bəyənildiyini qeyd etmək istəyirəm. Hakimlərin təlim-məşq toplanışlarının keçirilməsi, hakimlərin hazırlanması, gənc hakimlərin cəlb olunması, hakimlərin işlərinə nəzarət olunması və müzakirə edilməsi, PFL-in öz kameraları vasitəsilə hər bir oyunun çəkilməsi oyunların keyfiyyətində çox böyük dəyişikliklərə səbəb olub. Bu nailiyyətlərin daha da inkişaf etdirilməsi PFL-in qarşısında qoyulub. Artıq müassir texnalogiyalar alınır və hakimlər bu texnalogiyalardan istifadə edə biləcəklər”.

“Nisbi olaraq PFL-in fəaliyyətindən razıyam. Hər hansı bir iradım olsaydı, yəqin ki, Ramin müəllim indi burda oturmazdı. 4 il müddətində PFL maksimum nə bacardısa, etdi və işini düzgün istiqamətdə qurdu. İmkanları daxilində bunları etdilər. İndi qarşılarında yeni vəzifələr qoyulub və mən inanıram ki, bu vəzifələri də yerinə yetirəcəklər”.

“Teleyayımla bağlı yeni qərar qəbul edilib. PFL teleyayımı öz üzərinə götürüb və biz artıq televiziyalar və şirkətlər arasında tender elan etmişik. Yayım hüququnu əldə edən qurum bütün informasiyanın yayılmasını öz üzərinə götürəcək və bu məsələ iyul ayında həll olunmalıdır. Biz öz məhsulumuzu satırıq. Bütün dünyada teleyayım bu cür tənzimlənir. Teleyayım futbolun inkişafı üçün əsas maliyyə qaynaqlarından biridir. Yayımdan gələn bütün vəsait klublar arasında bərabər şəkildə bölünəcək”.

“Müzakirə olunan digər bir məsələ Premyer Liqa və bütün yarışların adlarının satışının həyata keçirilməsi ilə bağlı oldu. Həmçinin stadionların adları da satılacaq. Bunun üçün tender elan olunacaq və ən yaxşı təklifi irəli sürən şirkətlər sadaladığım markaların adlarına sahib olacaq. Bu vəsait hesabına biz stadioların xərclərini ödəyəcəyik və AFFA-nın maliyyə imkanlarını genişləndirməyə çalışacağıq”.

““Turan” yeni mövsümdə Unibank Premyer Liqasında iştirak edəcək. Komanda çempionatda oynayacaq. Bununla bağlı klub rəhbərliyi ilə də danışdım. Hətta onlara məsləhət gördüm ki, legionersiz komanda qursunlar. Orda çoxlu gənc futbolçular var. Hamısını cəlb edib inkişaf etdirmək lazımdır”.

“Bütün rayonlarda futbolu inkişaf etdirməyə, uşaq futbolunu yüksəltməyə çalışırıq. 4 il bundan öncə bizdə futbolçu sayı 1600 nəfər idi. Hazırda isə 27000 nəfərdir. Biz bu sayın daha da artması üçün çalışırıq”.

Daha sonra çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev növbəti illərdə görüləcək işlərdən danışdı: “Ötən 4 ildə gördüyümüz işlər haqda danışmağa ehtiyac yoxdur. Ancaq lazım olsa, onları diqqətinizə çatdıra bilərəm. Bu müddətdə nailiyyətlərimiz olduğundan, futbolumuzun inkişafına təkan verdiyimizdən, rahatam. Az da olsa, futbolumuzun inkişafına təkan vermişəm. 4 ildə ən böyük iş kimi əvəzedicilərin çempionatının keçirilməyini sayıram. Bunadək həmin yarış tamamilə unudulmuşdu. Bundan əlavə, Premyer Liqaya “Unubank”ın sponsor cəlb olunmağı, çempionatımıza sərmayə qoyulmağı, klubların bundan faydalanmağını da qeyd edə bilərəm. “Neftçi” klubunda işlədiyim zaman hansı problemlərlə qarşılaşmışamsa, PFL-in prezindeti olduğum müddətdə həmin problemləri aradan qaldırmağa çalışmışam”.

“Artıq teleyayımla bağlı tender elan etmişik və yayım hüququ PFL-də olacaq. Bu, bəzi klublarda narazılıq doğursa da, həyata keçirəcəyik. Biz yayımı satacağımız şirkətlə müqavilə bağlayacağıq və ordan gələn puldan klublar faydalanacaq. İnsan yaşadığı torpağa qulluq etməlidir. Çalışırıqsa, gəlin hamımız çalışaq. Bu təkcə bizim üzərimizə düşmür. Nəyə görə televiziyalar xarici çempionatların yayım hüququnu alırlar, xarici futbola pul xərcləyirlər, ancaq bizim öz milli futbolumuza pul xərcləmirlər? Əksinə klublardan pul alırlar. Niyə? Mən də belə qərara gəldim ki, artıq yayım hüququ verilsin Peşəkar Futbol Liqasına. Kim istəyirsə, müqavilə bağlaya bilərik. Artıq klublara kömək olmalıdır. Mənə bəzi klublardan zəng gəlir. Deyirlər ki, Ramin müəllim bəzi klubların oyunları yayımlanır, bizim oyunlar niyə yayımlanmır? Bütün dünyada kanallar yayım üçün klublara pul verirlər. Amma bizdə əksinədi. Buna son qoyulmalıdır”.

““Unibank”la bağladığımız 3 illik müqavilənin müddəti bitib. Yeni müqavilə ilə bağlı danışıqlar gedir. İki böyük şirkət də çempionatımıza sponsor olmaq istəyir. Məndən olsaydı, “Unibank”la əməkdaşlığımı davam etdirməyimizi istərdim. Hər halda, onun çempionatımıza ilk sərmayə qoyan təşkilat kimi əməyini qeyd etmək lazımdır. Ancaq hər şey məbləğdən asılıdır ki, bununla bağlı ortaq məxrəcə gəlmək lazımdır. Şirkətlərdən biri böyük məbləğ təklif edir. Açığı, onlardan birinin adı xoşuma gəlmir. Ancaq məbləğdə 150-200 min fərq olsa, “Unibank”a üstünlük verəcəyəm. Məsələyə iyulun sonuna kimi aydınlıq gələcək”.

“Mükafatlandırma ilə bağlı biz tərəfdən işlər tam hazırdır. Sadəcə, klublar burda olmalıdır ki, onları yığıb tədbirimizi keçirək. Hər halda, bu dəfə ötən ilkindən tez olacaq. Püşkatma isə iyulun sonuna kimi olmalıdır”.

“Klublarımız razılıq versə, Tofiq Bəhrəmov adına stadionun açılışında Super Kubokun oyununu keçirmək niyyətindəyik. Bu eyni zamanda klublarımızın Avrokuboklardakı çıxışlarından asılıdır. Yəqin ki, klublarımız Avrokuboklarda uğurla çıxış etsə, zaman baxımından bu mümkün olmayacaq”.

“Mən sizə söz verirəm ki, “Qarabağ” növbəti mövsümdə ya Quzanlıda, ya Bakıda oynayacaq. Yəni bir mövsümdə 2 müxtəlif yerdə oynamağı mümkün olmayacaq”.

   Turnir cədvəli
1 Qarabağ 31 73
2 Zirə 31 49
3 Sumqayıt 31 47
4 Neftçi 31 47
5 Sabah 31 46
6 Səbail 31 42
7 Turan Tovuz 31 42
8 Araz-Naxçıvan 31 32
9 Kəpəz 31 31
10 Qəbələ 31 17
Ətraflı
1 Qaradağ Lökbatan 22 48
2 İmişli 22 43
3 Şamaxı 22 42
4 MOİK 22 41
5 Karvan 22 32
6 Zaqatala 22 26
7 İrəvan 22 23
8 Mingəçevir 22 22
9 Difai Ağsu 22 17
10 Araz Saatlı 22 10
Ətraflı
Xəbər arxivi
« Aprel 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 2324 25 26 27 28
29 300102030405
06070809101112
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: