Azərbaycan Kuboku uğrunda yarışlarda ½ final mərhələsinə yekun vuruldu. İlk finalçı Qəbələdə müəyyənləşdi. Əsas və əlavə vaxtı heç-heçə başa çatan matçın penaltilər seriyasında “Qəbələ”ni üstələyən “Neftçi” adını final mərhələsinə yazdırdı. Artıq çempionluğu rəsmiləşdirmiş “Qarabağ” isə ilk oyunda olduğu kimi cavab qarşılaşmasında da “İnter”i məğlub edərək, kuboka iddiasını bir daha ortaya qoydu və finala adladı. Bununla da ötən mövsüm olduğu kimi cari mövsümün sonunda da “Qarabağ” və “Neftçi”nin iştirakı ilə keçiriləcək finala tamaşa edəcəyik. Azərbaycan Kuboku uğrunda həlledici oyun 25 mayda reallaşacaq.
|