İyunun 26-da Bakıda toplaşaraqtibbi müayinədən keçən “Qəbələ” artıq
yeni mövsümün hazırlıqlarına start verib. Gündəlik iki məşqə çıxacaq əyalət təmsilçisi
Qəbələdəki hazırlıqlarını iyulun 10-na kimi davam etdirəcək. İki günlük istirahətdən
sonra Sloveniyaya yollanacaq “Qəbələ” bu ölkədə təlim-məşq toplanışının iyulun
27-nə kimi davam etdirəcək. Toplanış müddətində “Qəbələ” 5 yoxlama oyununda
gücünü sınayacaq.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.