Ötən müvsüm “Bakı”dan ayrılan və paytaxtın digər təmsilçisi “İnter”in
heyətində çıxış edən Əziz Quliyev Sloveniyada təlim-məşq toplanışında olan “Bakı”nın
düşərgəsindədir. Gənc yarımmüdafiəçi artıq komandanın məşqlərində iştirak edir.
Milli komandasının oyunu səbəbindən toplanışa gec qoşulan İbrahim Karqbo da məşqə
çıxanlar arasında olub. Elvin Əliyev, Elşad Manafov, Uinston Parks və İbrahim
Karqbo fərdi məşq edərkən, qrup halında meydan çıxan futbolçular
fiziki dözümlülüyün artırılması istiqamətində çalışıblar. Hazırlıqları gündə
iki məşqlə davam etdirən “Bakı” 2 gün sonra Ukraynanın “Tavriya” klubu ilə yoxlama
oyununda qüvvəsini sınayacaq.
|