Bu gündən etibarən məşqlərə start verən “Kəpəz” klubu yeni
futbolçuları baxışdan keçirir. Bu barədə klubun mətbuat katibi Məqsəd Rəhimov məlumat
verib. Onun sözlərinə görə artıq 6 legioner futbolçu baxış üçün Gəncədədir və
onlar sabahdan etibarən məşqlərə qatılacaqlar. Hazırda “Kəpəz”in düşərgəsində Aleksandr
Koşkadze, Yevgeni Sidorenko, Aleksandr Niçiporik, Oleq Kibizov, German Beriyev
və Artur Elbayev baxışdadır.
Mətbuat xidmətindən onu da bildiriblər ki, baxışa dəvət
olunan futbolçularla bağlı son qərarı komandanın baş məşqçisi Fuad İsmayılov
verəcək.
|