Avstriyanın Tirol vilayətində yay təlim məşq toplanışını
davam etdirən “Xəzər Lənkəran” Avstriyanın Zalsburq şəhərinə yollanaraq tarixi
şəhərin görməli yerləri ilə tanış olublar. Tirol vilayətinin Şeffau qəsəbəsində
yerləşən “Kayzer” mehmanxanasında məskunlaşan komanda toplanışın ikinci mərhələsinə
start verib. Qeyd edək ki, məşqçilər korpusunun qərarı ilə iki futbolçu “Xəzər
Lənkəran”ın sıralarını tərk edib. Bunlar, portuqaliyalı Joao Paulo Pinto və
alban müdafiəçi Elvin Beqiridir.
|