Premyer Liqanın yeni mövsümünə hazırlıqları Sloveniyada keçirəcək
“Rəvan” klubunun təlim-məşq toplanışı zamanı üç yoldaşlıq görüşündə qüvvəsini
sonayacağı nəzərdə tutulub. Klubdan verilən məlumata görə, həmin oyunlarda
komandanın potensial rəqibləri “Yagelloniya” (Polşa), “Visla” (Polşa), “Antalyaspor”
(Türkiyə), “Vlazniya” (Albaniya), “RAD” (Serbiya), “OFK” (Serbiya) klublarıdır.
Qeyd edək ki, komandaya yeni mövsümdən Türkiyəli mütəxəssis Cevat Gülər
başçılıq edəcək. Paytaxt təmsilçisinin iyunun 20-dən başlayacaq hazırlıq
prosesinə komandanın yeni transferi Hüseyn Axunov da qatılacaq.
|