Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi”
PFK-nın baş məşqçisi Böyükağa Hacıyev hazırlıq barədə klubun rəsmi saytına
danışıb: “Gündə 2 dəfə məşq edirik. Bu məşqlərdən biri fiziki, digəri isə taktiki
tapşırıqlar üzərində qurulub. Düşərgəmizdə əla abu-hava hökm sürür, bütün
futbolçular məşqlərdə səylə çalışır. Hazırlıq prosesinə gəncləri də cəlb
etmişik”. Qeyd edək ki, Unibank Premyer Liqasının son çempionu iyunun 17-də ilk
yoxlama oyununu keçirəcək. “Neftçi”nin rəqibi Rusiyanın Premyer Liqasına bu il
vəsiqə qazanmış “Mordoviya” klubu olacaq.
|