“Xəzər Lənkəran” Avstriyada təlim-məşq toplanışını davam
etdirir. Kiprin “Apollon” klubuna icarəyə verilmiş portuqaliyalı Joao Paulo
Pinto da komandaya qoşulub. Futbolçunun “Xəzər Lənkəran”da qalıb-qalmamasına
baş məşqçi Yunis Hüseynov qərar verəcək. Cənub təmsilçisinin yeni transfer etdiyi Ruslan Abışov da artıq
komandanın düşərgəsindədir. Qeyd edək ki, bu gün “Xəzər Lənkəran”
Kirxdorf qəsəbəsinin futbol meydançasında ilk yoxlama oyununa çıxacaq.
|