Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində
məskunlaşan “İnter” yay toplanışının ilk mərhələsinə yekun vurub. İyunun 1-dən
başlayan təlim-məşq toplanışı çərçivəsində paytaxt təmsilçisi 20-yə yaxın
məşq, 1 ikitərəfli oyun və 1 yoxlama görüşü keçirib. Bu gün ölkəyə qayıdacaq “İnter”
futbolçularına 3 günlük istirahət veriləcək. İyun ayının 15-dən komanda yenidən
bir araya gələcək və ikinci təlim-məşq toplanışına yollanacaq. Avroliqadakı təmsilçimizin
iyun ayının 29-dək davam edəcək ikinci toplanışı Sloveniyada keçiriləcək.
|