Topaz Premyer Liqasında mövsümün ilk yarısının oyunlarını 246 min 476 tamaşaçı izləyib. 90 qarşılaşmada orta tamaşaçı sayı 2739-a bərabər olub. Ümumi azarkeş sayının təxminən yarısı – 120 mini “Kəpəz”in ev oyunlarına təsadüf edib. Evdə 8 matç keçirən qərblilərin orta göstəricisi 15 minə bərabərdir. Ümumiyyətlə, mövsümün ən çox azarkeş toplayan 8 matçının hamısı “Kəpəz”in meydanında baş tutub. V turun “Qarabağ”la oyununu 20 min, VII turun “Sumqayıt” və IX turun “Xəzər Lənkəran”la görüşlərini 18 min tamaşaçı seyr edib. Azarkeş sayında “Xəzər Lənkəran” 2-ci, “Neftçi” 3-cüdür. Son üç pillədə isə paytaxt təmsilçiləri AZAL, “Rəvan” və “İnter” qərarlaşıb. Mövsümün antirekordu V turun AZAL – “İnter” oyununda qeydə alınıb – 100 tamaşaçı.
|
Klub
|
Ümumi azarkeş sayı
|
Oyunlar
|
Orta azarkeş sayı
|
1.
|
Kəpəz
|
120000
|
8
|
15000
|
2.
|
Xəzər Lənkəran
|
48200
|
9
|
5356
|
3.
|
Neftçi
|
14500
|
9
|
1611
|
4.
|
Qarabağ
|
13030
|
9
|
1448
|
5.
|
Qəbələ
|
13650
|
10
|
1365
|
6.
|
Sumqayıt
|
11610
|
9
|
1290
|
7.
|
Zirə
|
9800
|
9
|
1089
|
8.
|
İnter
|
7050
|
9
|
783
|
9.
|
Rəvan
|
5530
|
9
|
614
|
10.
|
AZAL
|
3106
|
9
|
345
|
|
Cəmi
|
246476
|
90
|
2739
|
|