“Sumqayıt” futbol klubu növbəti transferini reallaşdırıb. Klubdan verilən
məlumata görə, milli komandamızın üzvü, son mövsümü “Neftçi”nin şərəfini
qorumuş Fərid Quliyevlə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fərid Quliyev “Sumqayıt”da 86 nömrəli futbol
geyimində çıxış edəcək.
Futbolçu karyerasına “Bakı”da (26 oyun, 2 qol) başlayan Fərid
Quliyev “Muğan” (13 oyun, 4 qol), “Standard” (28 oyun, 16 qol) və “Neftçi”nin
(19 oyun, 4 qol) şərəfini qoruyub. O, həmçinin 5 dəfə Azərbaycan yığmasının
formasını geyinib və rəqib qapılarından 1 top keçirib.
|