Yay təlim məşq toplanışı üçün Avstriyanın
Zaltsburq şəhərinə yola düşən “Xəzər Lənkəran” məskunlaşdığı Kirxdorf qəsəbəsinin
“Das Seivald” mehmanxanasının yaxınlığındakı futbol meydançasında ilk məşqinə çıxıb. Əsasən topsuz
çalışmalar üzərində qurulan hazırlıq 1 saata qədər davam edib.
Düşərgəyə icazəli
olan Manuel Skarlatake və öz ölkəsinin millisinin düşərgəsində olan Rendal
Brenesdən başqa digər bütün legionerlər qatılıblar. Azərbaycan millisinin
toplanışından dönən Kamran Ağayev, Elnur Allahverdiyev və Rahid Əmirquliyev isə
iyun ayının 8-də Avstriyaya yola düşüb toplanışa qatılacaqlar.
|