Komandanın əsas
heyəti iyunun 17-də bir araya gələcək. İki gün müddətində tibbi baxışdan keçəcək futbolçular iyunun 20-dən 30-dək Şüvəlanda toplanış keçəcək. Hazırlığın ikinci mərhələsi üçün Türkiyənin Isparta şəhərinə
yollanacaq AZAL-ın 2-12 iyul aralığında təlim-məşq toplanışı çərçivəsində üç yoxlama
görüşü keçirməsi nəzərdə tutulub: oyunlar iyulun 6, 9 və 12-də baş tutacaq. Qısamüddətli istirahətdən sonra iyulun
16-da Türkiyənin Bolu şəhərində hazırlığın üçüncü mərhələsi (16-28
iyul) start götürəcək. Bu müddətdə 4 yoxlama görüşü (18, 21, 24 və 28 iyul) keçirəcək AZAL iyulun 29-da vətənə dönəcək və çempionatın ilk turuna qədər hazırlığını öz bazasında davam etdirəcək. Yoxlama
görüşlərindəki rəqiblərin adları bir müddət sonra müəyyənləşəcək.
|