AZAL klubu yeni mövsümə
hazırlıqlara start verib. Bir neçə futbolçusu isə müqavilə artıran paytaxt təmsilçisi
Ervin Bulku, Nuqzar Kvirtiya və Hüseyn Axundovla yollarını ayırıb. Bundan
əlavə, Mansur Limani, Mindauqas Daunoraviçius, Robert Petrov və Georgi Bogihu da
transferə çıxarılıb. Yeni mövsüm ərəfəsində klub heyətini bir neçə futbolçu
ilə gücləndirib. Ötən mövsümü “Sumqayıt”da keçirən Yasin Abbasov, Orxan Həsənov,
Ruslan Tağızadə Ruslan Məcidov, “Rəvan”dan
Tagim Novruzov, “Turan”dan Cavid Tağıyev
və “Şuşa”dan Xəyyam Həsənov AZAL klubu müqavilə bağlayıblar.
|