Azərbaycanın təcrübəli futbolçularından olan Mahmud Qurbanov
fəaliyyətini yenidən Gəncədə davam etdirəcək. Bu dəfə peşəkar idmançı doğma şəhərində
baş məşqçi kimi çalışacaq. Belə ki, Gəncənin “Tərəqqi” futbol klubu Mahmud
Qurbanovu komandaya baş məşqçi vəzifəsinə dəvət edib. Bu məlumatı klubun
prezidenti Musa Abdullayev də təsdiq edib. Klub rəhbəri bildirib ki, Qurbanov peşəkar
bir futbolçudur:
“İnanıriq ki, bir gəncəli kimi Mahmud bütün bilik və
bacarığını komandamızın daha da yaxşı futbol oynamasına, yüksək yerləri tutaraq
növbəti mövsümdə Premyer Liqaya vəsiqə qazanmasına sərf edəcək. Uzun illərdən
sonra onun doğma şəhərinin komandasına qayıtması münasibəti ilə təbrik edirəm”.
Musa Abdullayev əlavə edib ki, Qurbanovla hələlik bir illik
razılaşma əldə olunub. Əgər o özünü əməli işi ilə doğrultsa, onda müqaviləyə
yenidən baxılacaq.
|