“Qarabağ” klubu yay transfer çalışmalarını davam etdirir. Ansi Aqolli və Admir Telinin ardından Ağdam təmsilçisi daha 5 futbolçuyla
müqavilə yeniləyib. Klubdan verilən məlumata görə Zaur Həşimov, Emin İmaməliyev,
İlqar Qurbanov, Kamil Hüseynov və Tural İsgəndərov növbəti mövsümdə də “Qarabağ”ın
uğurları üçün çalışacaqlar. Zaur Həşimov, Emin İmaməliyev və İlqar
Qurbanovla 1 il, Tural İsgəndərov və Kamil Hüseynovla 3 illik müqavilə
imzalanıb.
|