Avroliqada ölkəmizi təmsil edəcək “Bakı” klubunun yay təlim-məşq
toplanışı iyunun 5-də başlayacaq. Bakıda
toplanacaq komanda 1 həftə ərzində paytaxda məşqlər keçəcək, daha sonra
hazırlıqlar 16 iyun tarixinə qədər Qəbələdə davam edəcək.
Hazırlığın ikinci mərhələsi Sloveniyada 18-29 iyun
tarixlərində baş tutacaq. Ölkə kubokunun qalibi bu dövr ərzində 3 yoxlama oyununda
qüvvəsini sınayacaq. Hazırlığın üçüncü mərhələsi isə Avropa Liqasının püşkünün
nəticəsinə görə təyin olunacaq.
Qeyd edək ki, “Bakı” klubuna ölkə kubokunu qazandıran Novruz
Əzimov komandanın baş məşqçisi postuna təsdiq olunub.
|